16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq

İcbari tibbi sığorta ilə bağlı göndərişlərdə yeniliklər olacaq

Dövlət tibb müəssisələrində ambulator xidmətlərdən göndərişsiz yararlanmaq mümkün olacaq.

GununNebzi.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırda göndərişlərlə bağlı dəyişikliklər edilir, gələn həftədən etibarən göndərişlər yalnız stasionar müalicə məqsədilə veriləcək: “Yalnız stasionar xidmətə ehtiyac yarandığı halda vətəndaşa tibb müəssisəsinin fəaliyyətindən istifadə etmək üçün göndəriş veriləcək. Gələcəkdə özəl tibb müəssisələrində təcili müraciətlər də göndərişsiz olacaq. Bunun üçün xəstəliyin təcili olduğu əsaslandırılmalıdır”.

“Qafqazinfo”

Tarix: 14-12-2021, 12:59 Oxunub: 147


Bölməyə aid digər xəbərlər