09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Valideynlər şagirdləri döyən direktordan şikayətçi olmadı

Valideynlər şagirdləri döyən direktordan şikayətçi olmadı

Məktəbdə şagirdləri vurması ilə gündəmə gələn Bakı şəhər 9 nömrəli orta məktəbin direktoru Zinyət Əhmədovanın izahatı alınıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi məsələni araşdırıb: “Artıq tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin 9-cu sinif şagirdləri mütəmadi olaraq davamiyyəti pozublar. Hadisə günü də şagirdlər dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi onları intizama dəvət edib. Mübahisədə hər hansı xəsarət və təhqir elementi olmayıb. Şagirdlərlə və valideynlərlə söhbət aparılıb. Onların şikayəti yoxdur".

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

Tarix: 10-01-2022, 11:03 Oxunub: 184


Bölməyə aid digər xəbərlər