01:09 / 31-01-2025
Bakıya məktəb avtobusları gətiriləcək
01:06 / 31-01-2025
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
22:03 / 30-01-2025
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
22:00 / 30-01-2025
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş
17:32 / 30-01-2025
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
17:25 / 30-01-2025
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı
17:24 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
17:18 / 30-01-2025
Tanınmış ekspert həbs edildi
10:19 / 30-01-2025
Təlim maşını ilə qəza törətdi - Ölən var
09:31 / 30-01-2025
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 19 ölü - Video - Yenilənib
00:10 / 30-01-2025
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
00:06 / 30-01-2025
Salyanda bir ailənin 4 üzvü qəzada həlak oldu
21:56 / 29-01-2025
Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı döydü - Bu cəza verildi
21:55 / 29-01-2025
Suriya Rusiyadan Əsədin ekstradisiyasını tələb edir
19:41 / 29-01-2025
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
19:39 / 29-01-2025
Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ
19:32 / 29-01-2025
Sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verdi - TƏCİLİ
19:31 / 29-01-2025
Keçmiş məmurlar indi nə edirlər? - Həbsdə, işsiz...
18:40 / 29-01-2025
Məzahir Pənahov xanımı ilə səsvermədə - Fotolar
18:38 / 29-01-2025
Tramp qərar verdi - 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır
18:36 / 29-01-2025
Naxçıvanda qətl törədildi - Saxlanılan var
18:35 / 29-01-2025
Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı
16:19 / 29-01-2025
Səfirimizin Rusiya XİN-ə çağırılmasına - Rəsmi reaksiya
16:15 / 29-01-2025
“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”
11:49 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
11:45 / 29-01-2025
İlham Əliyev səs verdi - Fotolar
11:42 / 29-01-2025
ABŞ-də qırıcı təyyarənin qəza anı - Video
09:28 / 29-01-2025
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşdü
08:47 / 29-01-2025
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladılıb
07:30 / 29-01-2025
“Lukoil”in neft emalı zavoduna PUA hücumu - Video
01:21 / 29-01-2025
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər
Maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərə niyə aid deyil?
Məlum olduğu kimi, bu il il yanvarın 1-dən hərbçilərin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb. Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə" fərman imzalayıb.
GununNebzi.az xəbər verir ki, fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və Müdafiə Nazirliyinin əməliyyat briqadalarının və əlahiddə ümumqoşun ordusunun tabeliyində olan xüsusi təyinatlı briqadaların hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.
Bir qrup hərbçi bununla bağlı saytımıza müraciət edib. Onlar artımın bu dəfə ehtiyatda və təqaüddə olan hərbçilərin pensiyalarına şamil edilməyəcəyini bildiriblər.
Məsələ ilə bağlı hərbi ekspert Abuzər Əbilov qeyd edib ki, əslində qanunvericiliyə görə, hərbçilərin maaş artımı ehtiyatda olan hərbçilərin də pensiyasına təsir etməlidir. Onun sözlərinə görə, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilərin maaş artımı ilə bağlı fərman verəndə onu müddəalərla yox, ümumi verib. Hərbi kontingentin pensiyalarının artırılması və bunlara dair bir sıra müddəalar Azərbaycan Resublikasının müvafiq qanununda öz əksini tapıb. Burada göstərilən kimi, əlavələr, artımlar hərbi pensiyaçılara şamil olunur:
“Lakin buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan hərbçilərin pensiyasını artırmaqdan imtina edir. Bu haqda bundan əvvəl də bir neçə dəfə ehtiyatda olan hərbçilər məhkəmələrə müraciət ediblər və məsələ müsbət həllini tapıb. Bu dəfə də Ali Baş Komandan dünyada baş verən ərzaq qiymətlərinin artımı ilə əlaqədar əhalini qorumaq üçün maaş və pensiyaların qaldırılması üçün fərman verib. Lakin yenidən ehtiyatda olan hərbçilərə qarşı ikili münasibət gördük. Qanuna görə hərbçilərin maaşında artım və əlavələr olarsa, bütün hərbçilərə aid edilməlidir”.
Hərbi ekspert Üzeyir Cəfərov da ehtiyatda olan hərbçilərin pensiyalarının artırılmadığını təsdiqləyib. Bildirib ki, nazirlik pensiyaları artımla ödəmək istəmir:
“2019-cu ildə Prezidentin hərbi qulluqçularla bağlı verdiyi sərəncam - 40 faiz maaş artımı ehtiyatda olan hərbi qulluqçulara da şamil olunub. Nazirlik bildirir ki, bu məsələ ilə əlaqədar qanunvericiliyə dəyişiklik edilməsilə bağlı hər hansı təklif, müraciət olunmayıb. Əgər təklif olunmayıbsa, heç bir dəyişiklik olmayıbsa, pensiyalar niyə artırılmayıb?
“Hərbi qulluqçuların pensiyası haqqında” Qanunun 40-cı maddəsi 2007-ci ildə qüvvədən düşüb, eyni maddə Nazirlər Kabinetinin qərarıyla 6-cı maddə qüvvədə saxlanılıb. Yəni, artım və əlavələr də Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm maaşlara, həm də pensiyalara hesablanmalıdır. Azərbaycan müstəqillik əldə edəndən sonra 50 mindən artıq hərbi pensiyaçı var. Onların ailə üzvlərini də nəzərə alsaq, bu 100 mindən artıq insanın narazı salınması deməkdir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə məsələ ilə bağlı bir neçə gün əvvəl belə açıqlama yaymışdı:
“Hazırda hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır. Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaq.
Lakin hərbi qulluqçuların təminat xərcliyi artdığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunverciliklə onların pensiyalarında artımı şərtləndirmir”.
"Qafqazinfo"
Bölməyə aid digər xəbərlər

Tarix: 17-01-2022, 12:55 Oxunub: 176
Bölməyə aid digər xəbərlər
23-12-2021, 16:44
Müdafiə Nazirliyində çalışan bu şəxslərin maaşları artırıldı
23-12-2021, 17:27
Bu nazirlik əməkdaşlarının da maaşları artırıldı
23-12-2021, 16:47
Daxili Qoşunların hərbçilərinin aylıq vəzifə maaşlarına əlavələr edildi
23-12-2021, 16:52
DSX əməkdaşlarının da maaşları artırıldı
23-12-2021, 16:49
DTX hərbçilərinin maaşı artırıldı