21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Azərbaycanda pensiya yaşı azaldıla bilərmi?

Azərbaycanda pensiya yaşı azaldıla bilərmi?

“Pensiya yaşının azaldılması ilə bağlı məsələ gündəmdə deyil”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin pensiyaların indeksləşdirilərək artırılması və pensiyaçılara maddi yardımın ayrılması ilə bağlı yeni sərəncamı ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aparılan aktual hesablamalar və demoqrafik göstəricilər nəzərə alınmaqla müəyyən edilib ki, Azərbaycanda orta ömür uzunluğu 77 yaşın üzərindədir: “Bizim pensiyaçılarımızın yaş həddi də bu yaşın üzərindədir. Bu nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması nəzərdə tutulmur. Eyni zamanda, qeyd etmək lazımdır ki, hazırda dünya təcrübəsində pensiya yaşının hətta 65-in üzərində artırılması, həmin şəxslərin əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir. Dünya təcrübəsi nəzərə alınmaqla bizim pensiya məbləğinin, həmçinin real demoqrafik mənzərə nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması nəzərdə tutulmur”.

Tarix: 8-02-2022, 15:34 Oxunub: 100


Bölməyə aid digər xəbərlər