23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Naxçıvanın bu qurumu vahid sistemdən çıxarıldı

Naxçıvanın bu qurumu vahid sistemdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yeni səlahiyyət verilib.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, nazirlik sisteminə daxil olan qurumların fəaliyyətini yoxlaya, habelə onların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu bu vahid sistemdən çıxarılır.

Tarix: 15-03-2023, 15:49 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
16-09-2021, 14:58 Prezident fərman imzaladı