23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İpoteka ilə mənzil almaq istəyənlərin nəzərinə...

İpoteka ilə mənzil almaq istəyənlərin nəzərinə...

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 81 tam təmirli mənzil əlavə edilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilir ki, o cümlədən Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə 27 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 363 manatdan başlayır.

Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 54 mənzil təklif olunur. Yaşayış sahələrinin aylıq ödənişi 268 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün aprelin 27-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 324 vətəndaşla kirayə müqaviləsi bağlanılıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Tarix: 14-04-2023, 20:09 Oxunub: 14


Bölməyə aid digər xəbərlər