GununNebzi.az medicina.az-a istinadən psixoloq Fərqanə Mehmanqızının yazısını təqdim edir.
Uşaqlar daim inkişaf edirlər. Kiçik yaşlarda öyrəndikləri, kəşf etdikləri hər bir məlumat gələcək həyatlarına öz təsirini göstərir.
2-3 yaşdan etibarən uşaqlar özlərini keşf etməyə, eyni zamanda ətrafdakıları daha yaxşı anlamağa başlayırlar.
2 yaşdan etibarən uşaq özünü təsdiq etməyə çalışır. "Mən burdayam, ən güclüyəm, hər şey mənimdir" kimi ifadələr işlədirlər. Qısası, uşaqda 2 yaş sindromu yaranır.
Bu sindromla yanaşı, uşaqda özünə inam da sürətlə inkişaf etməyə başlayır. Çünki özünü təsdiq etmək üçün hər işə müdaxilə edir, varlığını göstərmək istəyir. Bunları etmək üçün isə özgüvən lazımdır.
3 yaşdan etibarən uşaq artıq evdə vaxt kecirməkdən sıxılır. Beləliklə, 3 yaş uşağın bağçaya getməyi üçün ən ideal zamandır. Bağça uşağınızın sosiallaşmasına da çox böyük təsir edir. Yeni insanlarla tanış olur, hər uşaqdan yeni bir şey öyrənir və s.
Övladınızın 3 yaşında hələ də tualet problemi varsa, əvvəlcə bunu həll edib daha sonra bağçaya göndərmək lazımdır. Bundan başqa, uşaq danışmırsa, yenə də bağçaya gedə bilər. Çünki uşaqda nitqlə bağlı problem varsa, deməli, müəyyən gecikmələr var. Bu gecikmələr isə ev şəraitində keçib getmir. Uşaq yavaş-yavaş sosiallaşmalıdır ki, nitqi də inkişaf etsin. Amma bağçaya məhz nitqi düzəlsin deyə göndərmək də tamamilə yanlışdır. Bağça bunun üçün sadəcə vasitədir. Bununla yanaşı, loqopedlerdən də yardım almaq kömək edəcək.
Bəzən valideynler 3 yaşlı uşağın bağçaya getməyini erkən hesab edir. Uşağınız sərbəst gəzə bilir, danışa bilir, evdə vaxt keçirməkdən sıxılır ve valideynlər işləyirsə, vaxt itirmədən uşağınızı bağçaya göndərə bilərsiniz. Çünki bağçalar uşağın məktəbdən əvvəlki təməlləri üçün önəmlidir.
Bağça sayəsində uşaq müəyyən oyun terapiyalarında iştirak edir, paylaşmağı, əmək sərf etməyi öyrənir və ən əsası sosiallaşır.
Bölməyə aid digər xəbərlər