Bu gün Şamaxıda Ukraynanın ilk Fəxri konsulluğunun açılışı olub.
GununNebzi.az-ın məlumatına görə, tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladyslav Kanevskyi bundan sonra Ukraynanın bir hissəsinin Şamaxı şəhərində olacağı üçün dövlət rəhbərliyinə, eləcə də Şamaxı rayon icra hakimiyyətinə təşəkkür edib. Ukraynanın diplomatik missiyasının rəhbəri bugünkü əlamətdar hadisənin xüsusi məna və simvolizmlə dolu olduğunu vurğulayıb və bütün Azərbaycan xalqını mühüm dövlət bayramı münasibətilə təbrik edib, ölkənin qarşısında duran bütün çətinliklərin öhdəsindən gəlməyi, eləcə də sülh, firavanlıq arzulayıb.
Səfir qeyd edib ki, Ukrayna bu gün vətəninin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən qardaş Azərbaycan xalqının hisslərini hamıdan yaxşı başa düşür. Bu dövrdə həm Ukrayna, həm Azərbaycan xalqı öz torpaqlarında, evlərində dinc yaşamaq, gələcək üçün planlar qurmaq və sülh səma altında çalışmaq üçün ağır sınaq qarşısındadır - Vətənə sədaqət və sevgi sınağı qarşısında.
Ukraynanın qardaş Azərbaycan xalqı ilə həmrəyliyi əlaməti olaraq, eləcə də Azərbaycanın Dövlət Bayrağı Gününün qeyd edilməsi münasibətilə, Ukraynanın Şamaxı şəhərindəki yeni açılmış Fəxri konsulluğunun binası bu gün Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Dövlətinin suverenliyi və ərazi bütövlüyünü müdafiə edərkən həlak olmuş Azərbaycan və Ukrayna qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib/Qafqazinfo
Bölməyə aid digər xəbərlər