23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Polis reyd keçirdi: 44 sürücü cərimələndi

Polis reyd keçirdi: 44 sürücü cərimələndi

Saatlı rayonunda yol polisi əməkdaşlarının keçirdiyi reyd zamanı 44 sürücü cərimələnib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.


Yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən 19 avtomobilin sürücüsü barəsində inzibati qaydada protokollar tərtib edilib. Davam etdirilən tədbirlər zamanı digər qayda pozuntularına yol verən sürücülər də aşkar olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparıb, yol-hərəkət qaydaları bir daha onların diqqətinə çatdırlıb. Kobud qayda pozuntusuna yol vermiş 25 sürücü isə inzibati qaydada məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Saatlı rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Tarix: 23-04-2021, 11:06 Oxunub: 167


Bölməyə aid digər xəbərlər