Xalq artisti Emin Ağalarov beynəlxalq “Jara” festivalının beşinci yubileyi barədə açıqlama yayıb.
GununNebzi.az xəbər verir ki, o, həmtəsisçilərindən biri kimi tədbirin elan olunan vaxtda keçiriləcəyini qeyd edib.
29 iyul- 2 avqust tarixində reallaşacaq gecənin proqramı da açıqlanıb. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-cı illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq.
İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.
1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.
Qeyd olunub ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.
Bölməyə aid digər xəbərlər