Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.
GununNebzi.az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, yaxınlarının dediyinə görə, cümə günü axşam vəziyyəti pisləşən və temperaturu yüksələn aktyoru təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər:
“Ona ağ ciyərin zədələnməsi diaqnozu qoyulub. Bəli, bu, koronavirusdur. Dünən səhər isə onu süni komaya salıblar. Qanda oksigenin miqdarı çox aşağı – 40%-ə düşüb. Əvvəlcə süni nəfəs aparatına, daha sonra başqa bir cihaza qoşublar, ağciyərə birbaşa oksigen ötürülür. Vəziyyəti hələlik stabil deyil”.
H.Həmidov qeyd edib ki, aktyorun müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb və onlar hazırkı vəziyyətdən xəbərdardırlar.
“Həqiqətən, hər şeyin yaxşı olacağına ümid edirəm. Ümid edirəm və inanıram”, - deyə jurnalist bildirib.
(Oxu.Az)
Bölməyə aid digər xəbərlər