Rejissor Sərxan Kərəmoğlu ötən gün 77 yaşı tamam olan mərhum Xalq artisti İlhamə Quliyevanın heç yerdə yayımlanmamış kadrlarını paylaşıb.
GununNebzi.az xəbər verir ki, sənətçi illər öncə çəkdiyi “Adam ol” filmindən kadrarxası görüntüləri ilk dəfə paylaşdığını bildirib:
“Nə qədər küsüb barışsaq da, şıltaqlığı ilə daha çox yadda qaldı. Gözəl və çətin günlərimiz çox oldu. Kimlərsə onunla dostluğa can atanda mən uzaqlaşmaq istədim. Alınmadı. Niyə? Çünki ortaq dostlarımız çox idi. Allah günahlarını bağışlasın, biz kimik? Son görüşümüzdə özünə dedim ki, sənə olan sevgim və nifrətim yarıbayarıdır. Güldü və dedi ki, baxma sevgin bir az da olsa, ağır gələr. Doğum günündür və bu günü gözəl keçirməyi sevirdin. Səni tanıdığım illər ərzində heç olmadı ki, hansısa bəhanələr bu günə mane olsun. Səni təbrik etmək üçün məzarını ziyarətə gələ bilməyəcəm, söymə məni. Sevdiyin ağ çiçəkləri almağa və o xərci çəkməyə heyfim gəlir. Çiçəklər solacaq, pandemiya dövründə xərcə düşmək istəmirəm. Üzrlü say. Sənə təbrikim yalnız bu sözlərdir: Allaha and olsun, yerin görünür!”.
Qeyd edək ki, videoda Xalq artistləri Səidə Quliyeva, Faiq Ağayev, aparıcı Xədicə Sənanqızı və başqaları da yer alıb. /"MediaPost"
Bölməyə aid digər xəbərlər