23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda tədris nə vaxt bərpa ediləcək? - RƏSMİ

Azərbaycanda tədris nə vaxt bərpa ediləcək? - RƏSMİTəhsil sisteminin əhatəliliyi nəzərə alınaraq mövcud vəziyyət qiyməndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq.

gununnebzi.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Tədricən yumşaldıcı tədbirlərə başlamışıq. Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq.Çox ciddi monitorinq həyata keçiriləcək.Təhsil sektorunda qəbul ediləcək bu qərar digər sektorların fəaliyyəti nəzərə alınaraq veriləcək. Bu qiymətləndirmələrdən sonra biz konkret tarixlər deyə bilərik .Vəziyyət hələ ki təhlil edilir "..

Nazir bildirib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz: "Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq".

C.Bayramov qeyd edib ki, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir: "Konkret əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələri ilə bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq"


Tarix: 27-04-2020, 19:09 Oxunub: 173


Bölməyə aid digər xəbərlər