09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”

Tarix: 5-10-2022, 10:22 Oxunub: 28


Bölməyə aid digər xəbərlər