23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş nazir mühüm qərarı təsdiq etdi - SON DƏQİQƏ

Baş nazir mühüm qərarı təsdiq etdi - SON DƏQİQƏBaş nazir Əli Əsədov “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

GununNebzi.az xəbər verir ki,bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, bu meyarlar ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir.

Bu meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir:

1. ibtidai ümumtəhsil məktəbi;
2. ümumi orta ümumtəhsil məktəbi;
3. tam orta ümumtəhsil məktəbi;
4. lisey;
5. gimnaziya;
6. ümumtəhsil internat məktəbi;
7. inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
8. inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
9. xüsusi məktəb;
10. xüsusi internat məktəbi;
11. inteqrasiya təlimli internat tipli gimnaziya;
12. valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

Bu meyarlar müəyyən edilərkən, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları” ilə buradan tanış ola bilərsiniz.


Tarix: 30-07-2020, 21:30 Oxunub: 136


Bölməyə aid digər xəbərlər