Hazırda ölkə üzrə ümumtəhsil müəssisələrində 8 mindən çox vakant müəllim yeri var.
gununnebzi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, ümunmtəhsil müəssisələri ilə yanaşı, peşə təhsili müəssisələrində ümumtəhsil fənləri üzrə vakant yerlər də yaxın günlər ərzində elan ediləcək.
E.Bağırov qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsində appelyasiya müraciətləri başa çatan fənlər üzrə keçid balları artıq müəyyən edilərək açıqlanıb. Digər fənlər üzrə də appelyasiya müraciətlərinə baxılma prosesi başa çatdıqca keçid balları elan ediləcək və vakant yerlərin seçiminə start veriləcək: “Namizədlər imtahan məkanından ayrılmadan nəticələrlə tanış ola bilərlər. Namizəd nəticələr elan olunduqdan sonra iki gün ərzində elektron qaydada appelyasiya müraciəti edə bilərlər. Əsaslı şikayətlər olduqda nəticələrlə bağlı dəyişiklik edilir. Namizədlər yenilənmiş nəticələrlə vakant yerlərin seçiminə qatıla bilirlər. Suallarla bağlı çox az sayda şikayətlər öz təsdiqini tapıb. Əsaslı şikayətlər ümumi sualların sayının heç 1 faiz təşkil etmir”.
E.Bağırov əlavə edib ki, bu il tədris ili başladıqdan sonra da vakant yeri tutan namizədlərlə müsahibələr təşkil olunacaq. Müsahibə nəticəsində namizədin daimi əsaslarla işə qəbul edilməsi müəyyən ediləcək.
Bölməyə aid digər xəbərlər