Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTO

Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTOXüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

GununNebzi.az xəbər verir ki, Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər aparır, koronavirus infeksiyasının fəsadlarını diqqətə çatdırır və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyini bildirir.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər.

Bundan başqa, keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Sevinc Ələsgərova və Rəşad İsgəndərov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Faktlarla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTO

Xüsusi karantin rejimi ilə bağlı yoxlamalara başlanıldı - FOTO

Tarix: 15-12-2020, 10:28 Oxunub: 210


Bölməyə aid digər xəbərlər