Bu meyvədən gündə birini yemək koronavirusdan qoruyur... - İSRAİL MEDİASI

Bu meyvədən gündə birini yemək  koronavirusdan qoruyur... - İSRAİL MEDİASIXarici tibb mütəxəssisləri gündə bir alma yeməyin koronavirus virusuna yoluxma riskini azalda biləcəyi barədə açıqlama veriblər.

gununnebzi.az bu haqda İsrail mediasına istinadla məlumata yayıb.

Dünyada koronavirus virusu ilə əlaqədar olaraq həkimlər öncədən immunitet sistemini gücləndirmək üçün meyvə istehlakının artırılmasını tövsiyə ediblər. Bu, xüsusən çox miqdarda C vitamini olan sitrus meyvələrinə aiddir.

Bildiyiniz kimi, askorbin turşusu bədənin infeksiyalara qarşı müqavimətini aktiv şəkildə artırır. Eyni zamanda mütəxəssislər almanın təbii antioksidantlar, minerallar və sağlam liflərlə zəngin olduğu üçün qida rasionunda olmasının vacibliyini xatırladıblar. Xüsusilə, gündə bir alma yeməyin “COVID-19” kimi ölümcül viruslardan, həmçinin soyuqdəymə və qripdən qoruduğu sübut edilib.

“Almalar insan orqanizminə daxil olan mikroblar kimi patogen mikroorqanizmlərə qarşı duruş gətriməyə, həmçinin infeksiyaların və mövsümi soyuqlamaların qarşısını almağa kömək edir”-deyə həkimlər öz nəticələrini şərh ediblər.

Mütəxəssislər, sadəcə, meyvə yeməyə meylli olmamasıyla özlərini müxtəlif xəstəliklərə qarşı həssas edən bir çox insanın olduğunu vurğulayıblar. Meyvə yeməyi xoşlamayanlar əvəzində bir stəkan alma suyu içmək vərdişinə yiyələnə bilərlər. Bu, yalnız bədənin müdafiəsini gücləndirməyə deyil, həm də mədə-bağırsaq traktının işini yaxşılaşdırmağa kömək edəcəkdir.


Tarix: 19-12-2020, 13:45 Oxunub: 188


Bölməyə aid digər xəbərlər