09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar təsdiq edildi

Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar təsdiq edildiMilli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi üçüncü oxunuşda müzakirə edilib.

GununNebzi.az-ın məlumatına görə, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.

Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:

"4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;";

"7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqların[center][/center]a müavinət - şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;";

"9.1.7. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdə olduğu müddətə;".

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq. Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Layihə üçüncü oxunuşda təsdiq olunarsa, 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək./"Uniikal.org "


Tarix: 29-12-2020, 12:47 Oxunub: 313


Bölməyə aid digər xəbərlər