23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Yanacağın qiymətindəki artım bütün istiqamətlərdə nəqliyyat xidmətlərinə təsir göstərəcək”

“Yanacağın qiymətindəki artım bütün istiqamətlərdə nəqliyyat xidmətlərinə təsir göstərəcək”Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb.

Maraqlıdır bu qiymət artımı taksi və digər avtomobil xidmətlərinin qiymətinə də təsir göstərəcəkmi?

GununNebzi.az-ın məlumatına görə, bununla bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov, bu təsirin qaçılmaz olduğunu vurğuladı:

“Bu artım bütün istiqamətlərdə nəqliyyat xidmətlərinə təsir gösərəcək. Bu, öz növbəsində başqa malların və xidmətlərin də qiymətinə öz təsirini göstərəcək.

Azərbaycandakı taksi parkının mütləq əksəriyyəti benzin və dizel yanacağı ilə işləyir. Çox az sayda sıxılmış qazla işləyən avtomobillər var. Taksi xidmətində qiyməti müəyyən edən əsas amillərədn biri yanacağın qiymətidir. Bu baxımdan taksi xidmətində də qiymət artımı qaçılmaz olacaq. Avtomobil nəqliyyatı ilə yükdaşımaların qiyməti də qalxacaq. Bu avtomobillərin də xeyli hissəsi dizellə işləyir. Hansı ki, dizelin qiyməti 33%-ə qədər, yəni birdən-birə 20 qəpik qalxdı.

Şəhərdaxili və şəhərlərarası sərnişin daşınması dövlət tərəfindən tənzimlənir. Lakin bu, bütün daşımaları əhatə etmir. Qeyri-müntəzəm, yaxud qanunsuz daşımalar da mövcuddur. Qiymət artımı bu daşımalara da təsir göstərəcək.

Şəhərdaxili daşınalarda daşıyıcılar yanacaq xərcinə qənaət etmək üçün xidmətin keyfiyyətini aşağı sala bilərlər. Marşuruta buraxılan avtonusların sayı azala bilər. Avtobuslar arasındakı intervalların çoxalması da mümkündür. Əlaqədar qurumlar bu kimi halların baş verməməsi üçün nəzarəti gücləndirməli, sui-istifadə, kənaraçıxma hallarının baş verməsinə imkan verməməlidir”.
/"Moderator.az"


Tarix: 5-01-2021, 14:58 Oxunub: 239


Bölməyə aid digər xəbərlər