01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Muzdla işləyənlərin sayı və əməkhaqqı barədə məlumat verilib

Muzdla işləyənlərin sayı və əməkhaqqı barədə məlumat verilib2020-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 40.2 min nəfər və ya 2.4 faiz artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, iqtisadiyyatımızda muzdla çalışan işçilərin sayı 1 milyon 684.5 min nəfər olub.

Belə ki, onlardan 917.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19.7 faizi təhsil, 18.2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13.2 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.8 faizi tikinti, 6.6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.4 faizi peşə, elmi və texniki fəaliyyət, 1.8 faizi maliyyə və sığorta fəaliyyəti, 13.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Tarix: 14-01-2021, 12:03 Oxunub: 228


Bölməyə aid digər xəbərlər