23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Ağır vəziyyətə düşmüş insanlara və biznes sturukturlarına lazımi dəstək verilsin” –Deputat Əli Məsimli

“Ağır vəziyyətə düşmüş insanlara və biznes sturukturlarına lazımi dəstək verilsin” –Deputat Əli Məsimli Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Milli Məclisin 17.03.2020- ci il tarixində keçirilən plenar iclasında gündəlikdəki növbəti məsələ olan- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxış etmişdir.


gununnebzi.az həmin çıxışın əsas məqamlarını nəzərinizə çatdırır.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasını həmişə təkidlə qeyd edən bir şəxs kimi, sahibkarliq sahəsində yoxlamaların dayandırılması, bu sahədə movcud olan sünii istifadə hallarının aradan qaldırılması, sahibkarların əlində olan vəsaitlərin bir hissəsinin onların əlindən alınmasının bir mexanizmini aradan qaldırdı. Yoxlamalar min dəfə azaldıldı. Yoxlamaların min dəfə azaldılması nəticəsində sahibkarlar öz əllərində qalan həmin vəsait hesabına öz bizneslərini genişləndirməyə, çalışdığı sturukturlara əlavə avadanlıq və digər zəruri ləvazimatların alınmasına, əlavə məhsul istehsal edilməsinə real imkanlar əldə edirlər. Bu nöqteyi nəzərdən biz, sahibkarlıq sahəsində yoxlamaların bir qisminin qarşısının alınması istiqamətində atılan addımların qanun mexanizmi vasitəsilə tətbiqinin tərəfdarı olduğumuzu xüsusi qeyd edirik. Bununla belə onu da qeyd edim ki, bir neçə sahədə məsələn, vergi sahəsində sözügedən qadağalara münasibətdə istisnalar mövcuddur. Koronovirusun təsirinin bütün dünyada özünü göstərdiyi hazırki çətin vəziyyətdə, sözü gedən qanunda özəl tibb fəaliyyəti subyektlərində aparılan yoxlamaların da həmin istisnalar siyahısına daxil edilməsi hazırki reallıqların məntiqindən doğur. Bu baxımdan dəyişikliyi vacib hesab edirik. Bu mövqeyimizi əsaslandırmaqdan ötrü bizə daxil olan bir sıra informasiyalarıda əlavə etmək olar. Hazırki həssas bir dövrdə tibb müəssisələrində ciddi anti-virus tədbirləri həyata keçirilsə də, bəzi tibb müəssisələrində tibb personalına müdafiə maskalarının verilməsi kimi ciddi bir məsələyə etinasızlıq göstərilir. Ona görə də hesab edirəm ki, qanuna belə bir maddənin salınması sözügedən çatışmazlıqların aradan qaldırılması sahəsində məsuliyyəti artıracaqdır.
Eyni zamanda haqqında söhbət gedən məsələlərə kompleks yanaşılması çox vacibdir. Milli Məclis müvafiq qanunvericilik sənədlərində dəyişiklik edib, intizamı gücləndirmək məqsədilə əlavə cərimələrin tətbiq edilməsi istiqamətində addım atdı. Hesab edirik ki, bu məsəkləyə kompleks yanaşaraq cərimələrin tətbiqi ilə yanaşı,stimullaşdırıcı tədbirlər də həyata keçirsək hazırki stiuasiya daha təsirli olar. Belə ki, koronovirusla mübarizə sahəsində atılan adımların içərisində məhdudlaşdırıcı tədbirlər xüsusi yer tutur. Bunun vacibliyini qeyd etməklə yanaşı, onu da qeyd etmək zəruridir ki, həmin məhdudlaşdırıcı tədbirlər nəticəsində bir sıra fəaliyyət sahələrində işlər dayandırıldığından, bir tərəfdən orada çalışanların, xüsusən işləmədikdə gündəlik dolanışıq imkanlarını itirənləri, digər tərəfdən isə həmin sturukturun sahiblərinin gəlirlərinə mənfi təsir göstərir. Ona görə də məhdudlaşdırıcı tədbirlərin qüvvədə olduğu müddət ərzində bu cür ağır vəziyyətə düşmüş insanlara və biznes sturukturlarına lazımi dəstəyin verilməsini zəruri hesab edirik. Məsələn, müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı müvafiq tələblərin konkret vaxt kəsiyində təxirə salınması sahibkarlara dəyən ziyanın minimuma endirilməsində mühüm rol oynaya bilər. Koronovirus təhlükəsi fors major halları təsnifatına aid edilmədiyindən, burada nəzərdə tutulan güzəştlər burada işlək deyil. Bu məqamı da nəzərə almaq vacibdir. Vəziyyətdən çıxışın digər vacib elementlərindən biri kimi “vergi kanikulları”nın tətbiq edilməsi məqsədə uyğun olardı. Mövcud şəraitdə mürəkkəblik yaradan məsələlərdən biri də əhalinin banklara ödədiyi kreditlərdə gözlənilən gecikmə ehtimalı və onların mənfi təsirinin aradan qaldırılması ilə bağlıdır. Bu gecikmə hallarında əhaliyə zəruri köməyin edilməsi, məsələn, peniya və digər cərimə xarakterli sanksiyaların tətbiq edilməsini məhdudlaşdırıcı tədbirlərin qüvvədə olduğu müddətdə dayandırılmasını təklif edirik.
Bütün bunlarla yanaşı koronovirus qorxusu və onun ətrafında gedən proseslərdən sui istifadənin qarşısının alınması eləcə də, fürsətcillərin əhalinin koronovirusdan qorunmaq üçün zəruri olan ləvazimatları real dəyərindən dəfələrlə baha satmaq hesabına əhaliyə çox ciddi zərbə vurmaqla varlanmaq cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır.
gununnebzi.az


Tarix: 17-03-2020, 22:17 Oxunub: 92


Bölməyə aid digər xəbərlər