Nazirlik rəsmisi müalicə alan qazilərdən danışdı

Nazirlik rəsmisi müalicə alan qazilərdən danışdı


“Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzində 1000-dən artıq qazi müalicə alıb”.

GununNebzi.az-ın məlumatına görə, bunu Mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib.

O bildirib ki, hazırda mərkəzdə 70-ə yaxın qazi müalicə alır:

“Bu rəqəmlər hər gün dəyişir. Çünki gündəlik giriş və çıxışlar olur, ona görə ümumi rəqəm demək mümkün deyil”.

M.Mürsəlov qeyd edib ki, müharibədən sonrakı ilk mərhələdə ağır vəziyyətdə müraciət edən qazilər var idi:

“Onlarla işlənildi, psixoloji yardım göstərildi. İlk dövrlərdə qazilərin 90 faizində psixoloji durumla bağlı problemlər var idi. Artıq onların psixoloji durumu düzəlib, ağrıları azalıb, amma reabilitasiya ehtiyacı olduqları üçün müraciət edirlər”.

Baş direktor qeyd edib ki, bu dövrdə daha çox ətrafların travması, kəllə-beyin travmaları, psixoloji durumlarında problemlərlə bağlı müraciət edənlər üstünlük təşkil edib.

Tarix: 19-05-2021, 17:42 Oxunub: 157


Bölməyə aid digər xəbərlər