16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə VERİLDİ

Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə VERİLDİ

Rusiya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı və Qətər Krallığında daimi yaşayan digər ölkə vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

GununNebzi.az-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə 2021-ci il 10 iyun tarixindən etibarən, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı və Qətər Krallığının vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin 2021-ci il iyunun 21-dən hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilmişdi.

Qeyd edək ki, həmin ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə, vətəndaşlığı olmayan şəxslərə aşağıdakı şərtlər əsasında Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

- yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

- 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq sənəd əsasında.

Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmayacaq.

Tarix: 22-06-2021, 11:10 Oxunub: 130


Bölməyə aid digər xəbərlər