23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xaricdə ölənlərin nəşinin ölkəyə gətirilməsinə icazə verilir

Xaricdə ölənlərin nəşinin ölkəyə gətirilməsinə icazə verilirXaricdə vəfat edən Azərbaycan vətəndaşlarının nəşinin ölkəyə gətirilməsinə icazə verilir.

gununnebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.

“Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur”, - deyə məlumatda qeyd olunub.


Tarix: 10-04-2020, 20:27 Oxunub: 74


Bölməyə aid digər xəbərlər