Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq Bakıda iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal “Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər təşkil edilib.

169 (Binə Atçılıq – Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti “Koroğlu” NMM-dən keçməklə təşkil edilib.

Həmçinin dəyişikliyə əsasən marşrut xətti Binə Atçılıq yaşayış sahəsində “Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək.

Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.

Tarix: 8-07-2021, 12:44 Oxunub: 271


Bölməyə aid digər xəbərlər