09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Zaqatalada COVID pasportu olmayan 100-ə yaxın şəxs şadlıq saraylarına buraxılmadı

Zaqatalada COVID pasportu olmayan 100-ə yaxın şəxs şadlıq saraylarına buraxılmadı

Zaqatala Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, monitorinq zamanı şadlıq saraylarının sahibi və icarədarları ilə profilaktik söhbətlər aparılıb, mövcud rejimin qayda və tələbləri onların diqqətinə çatdırılıb.

Həmçinin, polis əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı toy mərasimlərinə dəvət edilən qonaqlar içərisində ümumilikdə 100-ə yaxınının COVID pasportu olmadığı aşkarlanıb. Onların saraylara girişinə icazə verilməyib və pandemiya dövrünün tələbləri həmin şəxslərə izah olunub.

Tarix: 10-08-2021, 21:04 Oxunub: 306


Bölməyə aid digər xəbərlər