Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətində videokonfrans formatında iclas keçirilib.
GununNebzi.az-ın məlumatına görə, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sədrliyi ilə keçirilən iclasda icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Videokonfransda çıxış edən Elşad Həsənov koronavirus pandemiyası dövründə Yasamal rayonunda görülən işlər barədə qısa məlumat verib.
İcra Hakimiyyətnin başçısı mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxunub. Öz çıxışında Elşad Həsənov özünütəcrid şəraitində qalan vətəndaşlara çatdırılan ərzaq sovqatları məsələsinə toxundu və proses zamanı tam şəffaflığın və çevikliyin təmin edilməsinin zəruriliyini vurğulayıb. Bu tipli sosial yardım aksiyalarında bilavasitə iştirak etdiyini xatırladan Elşad Həsənov sahə rəhbərləri qarşısında bu yardımla daha çox insanı əhatə etmək tapşırığı qoyub.
Videokonfransda Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri də çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Bölməyə aid digər xəbərlər