08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
“Bu işdə Tağı Əhmədovun oğlu da iştirak edib” - 2 milyonluq sələm çəkişməsi
“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilovun məhkəməsi keçirilib.
GununNebzi.az xəbər verir ki, məhkəmədə Tağı Əhmədovdan pulların alınaraq biznesə yatırılmasında vasitəçi olan Soltan Əliyevlə təqsirləndirilən şəxs üzləşib. Bu zaman T.Əhmədovun oğlu Ruslan Əhmədovun da adı hallanıb. Məlum olub ki, pulların sələmə verilməsində R.Əhmədov da iştirak edib. Lakin bu alış-veriş üçün heç bir halda qəbz verilməyib.
Prosesdə təqsirləndirilən S.Xəlilovun ifadəsi dinlənilib. O bildirib ki, Tağı Əhmədovdan pulları S.Əliyev vasitəsilə götürüb: “Soltanla 2016-cı ildə görüşdük. O vaxt mən mərmər biznesi ilə məşğul olurdum və mənə də investor lazım idi. Soltan dedi ki, onlara lazım olan pul olsa, Tağı Əhmədovda olacaq. Gedib Tağı müəllimlə görüşdük. Dedi ki, “sizə 1 milyon manat verə bilərəm. Ayda 10 min manat faiz verəcəksiz”. Biz də razılaşdıq. Mərməri İrandan alıb Qazaxıstana satırdıq. Tağı müəllim əvvəlcə bizə 200 min pul verdi. Bir çox adamların adını çəkdi, gördü ki, bu sahədəki şəxsləri tanıyıram. Dedi “3 milyon versəm, işləyə bilərsən?” Soltan dedi, “lap 10 milyon da verə bilərsiz, mən bu kişiyə qarantiya verirəm”.
İkinci dəfə Tağı müəllim bizə girov qarşılığında pul verməyə razı oldu. Qulunun (Qulu Muxtarov, iş üzrə digər təqsirləndirilən şəxs) vasitəsilə əldə etdiyimiz qiymətli daşı girov qoyub pul götürdük. Daşı geoloq tanışıma yoxlatdırdım, həqiqətən orjinal yaşıl yaqut daşı idi. Elmlər Akademiyasından sertifikatı da var idi. İnternetdə araşdıranda gördüm ki, dəyəri milyonlarla dollardır.
Tağı müəllim dedi ki, üç sellofan torba götürüb YAP-ın Yasamaldakı binasına gəlin. Mən və Soltan içəri girib pulları götürdük. Bir dəfə 1 milyona yaxın, sonra 800 min manat götürmüşük.
Amma sonra işlər pisləşdi. Xaricdəki mallarla bağlı ödənişdə problemlər yarandı, faizləri ödəməkdə çətinlik çəkdim. Buna görə də artıq söz-söhbət yarandı. Bir dəfə faiz ödənişində problemlər yarananda Tağı Əhmədovun qohumları elə Soltan Əliyevin yanında məni döydülər. Götürdüyümüz puldan 234 min manat qaytarmışam”.
Zərərçəkmiş Soltan Əliyev isə Səadət Xəlilovu onları şantaj etməkdə günahlandırıb. O, Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, 1 milyon 92 min manat da faiz pulu tələb edir.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Belə ki, Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarov “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes qurmaq adıyla alıblar. Pulun onlara verilməsini T.Əhmədovun tanışı Soltan Əliyev təşkil edib. Ona görə də iş üzrə zərərçəkmiş qismində S.Əliyev tanınıb.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olmuş Tağı Əhmədov uzun müddət YAP-ın Yasamal rayon təşkilatına sədrlik edib, bu ilin sentyabrında vəzifədən çıxarılıb.
Məhkəmə araşdırması davam etdirilir.
“Qafqazinfo”
Bölməyə aid digər xəbərlər

Tarix: 20-11-2021, 16:42 Oxunub: 135
Bölməyə aid digər xəbərlər
13-09-2021, 17:05
Tağı Əhmədov ödənişi gecikdirdiyi üçün ondan borc alan şəxsi döyüb - BİABIRÇI OLAY
26-01-2021, 18:30
Tağı Əhmədovun ayaqları tutuldu
10-09-2021, 10:50
Şəmsəddin Hacıyev və Tağı Əhmədov sədrlikdən göndərilir
8-02-2021, 10:07
"ASAN xidmət"in mərkəz direktoru vəzifəsindən azad edildi