09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Yetkinlik yaşına çatmayan 7 nəfər amnistiyaya düşüb

Yetkinlik yaşına çatmayan 7 nəfər amnistiyaya düşüb

Zəfər Günü münasibəti ilə qəbul olunan amnistiya aktı çərçivəsində bu günədək 3448 kişi, 228 qadın amnistiyaya düşüb.

GununNebzi.az
xəbər verir ki, bu barədə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Məlumata görə, amnistiyaya düşən şəxslərin əksəriyyəti mülkiyyət əleyhinə cinayət törətmiş şəxslərdir. Bu şəxslərdən 35 faizi 31-40 yaş aralığında olan məhkumlardır. Onların sayı 1273 nəfərdir. 60 yaşdan yuxarı 155 məhkum da Zəfər Günü ilə bağlı qəbul edilən amnistiyaya düşüb.

Qeyd edək ki, 7 nəfər yetkinlik yaşına çatmayan şəxsə də amnistiya aktı tətbiq olunub.

Tarix: 6-12-2021, 15:22 Oxunub: 154


Bölməyə aid digər xəbərlər