09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu - Foto

Səlahiyyətlərinə xitam verilən hakimlərin adı məlum oldu - Foto

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.

GununNebzi.az
“Qafqazinfo"-ya istinadən əldə etdiyi məlumata görə, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.


Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.

Həmin hakimlərin adlarını təqdim edirik:

1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi

3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.

Tarix: 24-12-2021, 15:42 Oxunub: 150


Bölməyə aid digər xəbərlər