16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Əli Əliyev ev dustaqlığına buraxılmadı

Əli Əliyev ev dustaqlığına buraxılmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.

GununNebzi.az
xəbər verir ki, Ə.Əliyevin vəkillərinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.

Məhkəmənin baxış iclası fevralın 14-nə təyin edilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ə.Əliyevə 5 ay həbs cəzası verilmişdi.

Məhkəmənin ilkin baxış iclası fevralın 14-ə təyin edilib.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətlərində bildirilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib. Bu çıxışından sonra qəzadan sağ çıxmış hərbçilər Əli Əliyevi məhkəməyə veriblər.

Tarix: 11-02-2022, 18:36 Oxunub: 142


Bölməyə aid digər xəbərlər
13-01-2022, 16:58 Əli Əliyev həbs edildi