09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
İrlandiya Rusiyanın vəsaitlərini Ukraynaya göndərə bilər

İrlandiya Rusiyanın vəsaitlərini Ukraynaya göndərə bilər

İrlandiya Rusiyanın bir milyard avrodan çox dondurulmuş aktivini Ukraynanın bərpasına yönləndirə bilər.

GununNebzi.az
“Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İrlandiyanın xarici işlər naziri Saymon Koveni açıqlayıb.

“Avropa İttifaqının bəzi üzv ölkələri Ukraynadakı vəziyyət çərçivəsində dondurulan aktivlərə həbs qoymağı və həmin vəsaitləri Ukraynanın bərpasında istifadə etməyi təklif ediblər. Mən bu təklifə açığam”, - deyə nazir söyləyib.

O bildirib ki, belə bir qərarın təsdiqi üçün geniş müzakirələr aparmaq lazımdır.

Ölkə müxalifəti isə öz növbəsində Rusiyanın dondurulmuş vəsaitlərini İrlandiyada olan ukraynalı qaçqınlara humanitar yardım məqsədilə istifadə etməyi təklif edib.

Qeyd edək ki, İrlandiya Rusiyanın 1,2 milyard avro dəyərində aktivlərini dondurub.


(qafqazinfo)

Tarix: 29-04-2022, 17:42 Oxunub: 71


Bölməyə aid digər xəbərlər