09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
11 illik həbs cəzası almış sabiq başçı barəsindəki hökmdən narazıdır

11 illik həbs cəzası almış sabiq başçı barəsindəki hökmdən narazıdır

11 il müddətinə azadlıqdan məhrum edilmiş Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev barəsindəki hökmdən narazıdır.

GununNebzi.az
“Kriminalqafqaz”-a istinadən xəbər verir ki, onun vəkili Ceyhun Yusifov qərardan apellyasiya şikayəti verib.

Müdafiəçi Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə sabiq başçıya bəraət verilməsini və müsadirə olunmuş əmlaklarının özünə qaytarılmasını istəyib.

Qeyd edək ki, Mahir Quliyev 2011-2020-ci illərdə Biləsuvarın icra başçısı işləyib. 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub. Biləsuvar RİH-ə vurduğu 3,2 milyon manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddianın ödənilməsi ilə bağlı qərar çıxarılıb.

Tarix: 16-05-2022, 14:31 Oxunub: 185


Bölməyə aid digər xəbərlər