09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Minaya düşən hərbçinin ayağı amputasiya olunub - DİN-dən Açıqlama

Minaya düşən hərbçinin ayağı amputasiya olunub - DİN-dən Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən Daxili Qoşunlarının hərbi qulluqçusu ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Daxili Qoşunların hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmət olarkən minaya düşüb. Partlayış nəticəsində ağır bədən xəsarəti alıb.

Hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Hazırda vəziyyəti stabildir.

Tarix: 27-05-2022, 16:12 Oxunub: 38


Bölməyə aid digər xəbərlər