09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILDI - RƏSMİ

Azərbaycanda vəzifəli şəxsə cinayət işi AÇILDI - RƏSMİ

Quba bələdiyyəsinə cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

2015-2019-cu illərdə Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyən Laləzər Heybətovanın qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Müəyyən edilmişdir ki, Laləzər Heybətova bələdiyyə sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən tamah niyyətilə istifadə edərək guya bələdiyyə ərazisində yaşayan şəxslərə maddi yardımın ayrılmasına, yol təmir-bərpa işlərinin görülməsinə görə xidmət haqqının ödənilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək bələdiyyənin qanunla qorunan mənafeyinə 16 min 547 manat məbləğində maddi zərər vurmuşdur.

Toplanmış sübutlar əsasında Laləzar Heybətovaya Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə yekun ittiham elan edilmişdir.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilmişdir.

Tarix: 2-06-2022, 12:00 Oxunub: 55


Bölməyə aid digər xəbərlər