09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ - VİDEO

Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə şantaj hallarına tez-tez rast gəlinir. Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Xəzər TV məlumat hazırlayıb.

Bildirilib ki, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə xarici ölkələrdən idarə olunan feyk hesablar vasitəsi ilə şantaj halları çoxalıb.

Şöbə rəisi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü danışıqıqlardan çəkinməyə çağırıb.

Elşad Hacıyev bildirib ki, feyk profillərdən dostluq təklifi göndərən şəxslər videogörüntülər qeydə almaqla, sonradan həmin görüntülərin digər şəxslərə göndərilməməsi üçün vətəndaşlardan müəyyən məbləğlərdə pul tələb edirlər. Onun sözlərinə görə, bəzən tələb olunan vəsait daha yüksək olur.

Sosial şəbəkə istifadəçilərinin belə hallarla qarşılaşmamaq üçün tanımadıqları şəxslərlə əlaqə qurmamaları tövsiyə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tarix: 11-06-2022, 23:45 Oxunub: 19


Bölməyə aid digər xəbərlər