09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Polis şöbəsində özünə xəsarətlər yetirdi

Polis şöbəsində özünə xəsarətlər yetirdi

Goranboy sakini polis şöbəsində özünə xəsarətlər yetirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Rayonun Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (Oğurluq) ilə təqsirli bilinərək Goranboy rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyyəsinə müxtəlif kəsik xəsarətləri yetirib”, - o bildirib.

Polis əməkdaşları həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirib.

V.Cəfərovun vəziyyəti normaldır.

Tarix: 22-06-2022, 00:10 Oxunub: 41


Bölməyə aid digər xəbərlər