23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

GununNebzi.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 85432 8 test aparılıb.


Tarix: 23-06-2020, 19:53 Oxunub: 69


Bölməyə aid digər xəbərlər