09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Satıcı işlədiyi şirkətdən 20 min mənimsədi

Satıcı işlədiyi şirkətdən 20 min mənimsədi

Lənkəranda "Aqrar İnnovasiya və Təchizat Şirkəti"inin 19 min 630 manat pulu mənimsənilib.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Tarix: 10-10-2022, 12:47 Oxunub: 19


Bölməyə aid digər xəbərlər