09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Azərpoçt”un əməkdaşı tutuldu

“Azərpoçt”un əməkdaşı tutuldu

Azərpoçt” MMC-nin Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-yə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 4-08-2022, 10:17 Oxunub: 35


Bölməyə aid digər xəbərlər