23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vergi borcu olan şirkət Bakı meriyasının 6 milyonluq tenderini uddu

Vergi borcu olan şirkət Bakı meriyasının 6 milyonluq tenderini uddu

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tender müsabiqələrinin qalibi “R.V. Yol İnşaat” MMC olub.

GununNebzi.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınmasına görə “R.V. Yol İnşaat” MMC-yə 6 milyon 14 min 521 manat 25 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 20 manat nizamnamə kapitalı olan “R.V. Yol İnşaat” MMC-nin qanuni təmsilçisi Bəndəliyev Zülfəli İsrafil oğludur. Şirkət 7 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 6 milyonluq tenderin qalibi olan “R.V. Yol İnşaat” MMC-nin ötən günə olan tarixə görə 8 min 78 manat 34 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Tarix: 22-10-2022, 18:14 Oxunub: 34


Bölməyə aid digər xəbərlər