09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Şəhid Səbuhinin qardaşının kredit borcları bağlandı

Şəhid Səbuhinin qardaşının kredit borcları bağlandı

Bu ilin sentyabr döyüşlərində şəhid olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun adına olan kredit borcları bağlanıb.

Bu barədə YAŞAT Fondundan məlumat verilib.

Bildirilib ki, Sənan Əhmədovun adına olan 2 fərqli kredit ödənilib: ““SOS” uşaq kəndində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “YAŞAT” Fonduna daxil olan müraciətinə əsasən, 2022-ci ilin 10 oktyabr tarixində banklardan birinə olan 3891.32 AZN dəyərində borcu Fond tərəfindən qarşılanıb. Fondun təşəbbüsü əsasında mağazalardan birinə olan 465.99 AZN borcu isə adıçəkilən müəssisə tərəfindən tam şəkildə bağlanıb”.

Qeyd edək ki, Sənan Əhmədov ölümündən əvvəl qardaşının orduda xidmət yerini dəyişmək üçün ondan rüşvət istənilməsi haqda iddiası, daha sonra isə şəhid qardaşı kimi ona dövlət tərəfindən mənzil verilməməsi məsələsi ilə gündəmə gəlmişdi.

Tarix: 24-10-2022, 17:05 Oxunub: 698


Bölməyə aid digər xəbərlər