09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Rəsmi açıqlama

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun soruğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

71 yaşlı A.Aslanov 2002-ci ildən AZƏRTAC-ın baş direktoru, 2018-ci ildən isə İdarə Heyətinin sədri idi.

Tarix: 21-11-2022, 17:34 Oxunub: 53


Bölməyə aid digər xəbərlər
18-11-2022, 09:55 AZAL-da yoxlamalar aparılır?