20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
SON DƏQİQƏ: Azərbaycanda son sutkada koronavirusa yoluxanlar artdı, ölənlər var - RƏSMİ

SON DƏQİQƏ: Azərbaycanda son sutkada koronavirusa yoluxanlar artdı, ölənlər var - RƏSMİAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 493 yeni yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

GununNebzi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 722, ötən müddət ərzində isə ümumilikdə 601 500 test aparılıb.


Tarix: 16-07-2020, 20:23 Oxunub: 90


Bölməyə aid digər xəbərlər