23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əli Əsədov Dövlət Komitəsinin vəzifələrindən birini ləğv etdi

Əli Əsədov Dövlət Komitəsinin vəzifələrindən birini ləğv etdiBaş nazir Əli Əsədov “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarında dəyişiklik edib.

Bu barədə GununNebzi.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki

Bildirilib ki, dəyişikliyə əsasən, qərarın yeddinci hissəsi ləğv edilib.

Qeyd edək ki, həmin qərarın yeddinci hissəsində Dövlət Statistika Komitəsinə büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək tapşırılmışdı.


Tarix: 20-07-2020, 21:47 Oxunub: 102


Bölməyə aid digər xəbərlər
18-07-2020, 17:29 Əli Əsədov qərar imzaladı