09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ən çox nikah bu bölgəmizdə qeydə alınıb

Ən çox nikah bu bölgəmizdə qeydə alınıb

2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Tarix: 20-02-2023, 15:08 Oxunub: 30


Bölməyə aid digər xəbərlər