23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər

Azərbaycanda 17 yaşlı qızların nikahı qadağan oluna bilər

“Qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur”.

GununNebzi.az
xəbər verir ki, bunu Report-a açqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.

A.Sofiyeva qanunvericilikdə nikah yaşının 18 yaş nəzərdə tutulduğunu xatırladıb:

“Lakin xüsusi hallar olarsa, 1 ildən çox olmamaqla, yəni 17 yaşda yerli icra hakimiyyətləri tərəfindən müraciətə əsasən, bu məsələlər qiymətləndirilir və icazə ilə əlaqədar qərar verilir. Sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənildi, eyni zamanda milli qanunvericiliyin analizi, təhlili nəticəsində belə bir təklif irəli sürdük ki, 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblər götürülsün. Çünki həmin səbəblər uşaqlarda müəyyən neqativ halların baş verməsinə səbəb olur”.
“Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır, eyni zamanda əsasən, qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur. Həmçinin tibbi baxımdan da gənc qızların ana olması doğulan körpələrdə və anada müəyyən fəsadlara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq komitə kimi belə bir təklif irəli sürmüşük”, - A. Sofiyeva vurğulayıb.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Sənəddə bildirilir ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Tarix: 14-03-2023, 16:45 Oxunub: 24


Bölməyə aid digər xəbərlər