Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən etibarən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.
Yumşalma tədbirlərinin bir hissəsi olaraq, ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib.
GununNebzi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxış edərkən çimərliklərin iş prinsipindən danışıb.
“Çimərliklərdən istifadə ilə bağlı hər hansı xüsusi qayda yoxdur. Lakin insanlar çimərliklərdən yalnız səhər saat 08:00-dan axşam 21:00-dək istifadə edə biləcəklər”, – deyə Ü. Mehdiyev qeyd edib.
Həmçinin bildirilib ki, avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq.
Bölməyə aid digər xəbərlər