23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyin olunub.
Agentlikdən verilən məlumata görə, Z.Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib. 1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri, 2019-2020-ci illərdə AQTA-nın Aparat rəhbəri vəzifəsində çalışıb.
Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.


Tarix: 5-08-2020, 16:00 Oxunub: 165


Bölməyə aid digər xəbərlər